Epidemioloji xidmətlər-su anbarlarının təmizlənməsi və dezinfeksiya xidməti.

Su anbarları nədən ildə bir (1) dəfə təmizlənməli və hər altı (6) aydan bir dezinfeksiya edilməlidir ?

Sifariş üçün:
Telefon: +994554870544, +994706167116.
E-poçt: bilgi@ms-mmc.com.

Su, mənbədən götürüldükdən sonra bir başa olaraq yaşayış məntəqəsinə (istifadəçilərə) verilmir. İlk növbədə su təmizləyici qurğulara nəql edilir, orda fiziki (mexaniki), kimyəvi və bioloji (gərəkdiyində) təmizlənmədən keçdikdən sonra su təchizatı şəbəkəsi vasitəsi ilə yaşayış məntəqəsinə (istifadəçilərə) verilir.

Qeyd: Su təchizatı şəbəkəsi suyu nəql etmək üçün tikilmiş boru xətlərindən, su anbarlarından, nasoslardan, siyirtmələrdən və digər hidrotexniki qurğu və avadanlıqlardan ibarət olur.
Qeyd: Su xətləri tikilərək istismara verildiyi zaman mütləq təmizlənməli və dezinfeksiya edilməlidir. Təmizlənməmiş su xətinin işlədilməsi bəzən aylarla, bəzən isə bir ildən çox müddətə axıtdığı suyun çirklənməsinə səbəb olmaqdadır. Yeni su xətlərindən əlavə olaraq da köhnə su xətləridə mütəmadi təmizlənməli və dezinfeksiya edilməlidir.

Şəbəkəyə verilən su qeyd edildiyi kimi təmizlənərək şəbəkəyə verilsədə suyu müəyyən məqsədlər üçün uzun müddət təmizlənməyən və dezinfeksiya edilməyən su anbarlarda saxlanılması suyun yenidən çirklənməsinə səbəb olur.

Qeyd: Su anbarları, su ehtiyyatının təmin edilməsi üçün suyun toplanaraq saxlanılması və şəbəkədə təzyiqin idarə edilməsi məqsədi ilə tikilib istifadə edilməkdədir.

Belə ki, su anbarında suyun toplanması zamanı suyun tərkibində olan asılqanlı maddələrin çökməsi, dəmir, manqan kimi elementlərin ayrılması nəticəsndə əsasən anbarın döşəməsi olmaqla anbarın daxili səthi boyunca çirk qatı əmələ gəlir. Su anbarı vaxtlı-vaxtında təmizlənmədikdə çirk qatı getdikcən artır və uzun müddət təmizlənməyən su anbarında çirk qatının qalınlığı 25-40 cm və daha çox ola bilir.

Çirk qatının yaranması suyun tərkibində olan mikroorqanizmilərin yaşaması və çoxalması üçün münbit şərait yaratmaqda, suyun rənginin, dadının və şəffaflığının dəyişməsinə səbəb olmaqdadır. Belə ki, su anbarının əsasən döşəməsi olmaqla daxili səthi boyunca yığılan çirk qatında E-Coli və Coliform bakteriyaları çoxalır. Su anbarı bakteriya mənbəyinə çevrilir. Şəbəkədən və digər vasitə ilə kənardan anbara təmiz su daxil olsada anbarda su həm fiziki, həm kimyəvi, həm də bioloji çirklənməyə məruz qalır.

Su anbarlarında lil, palçıq kimi fiziki və dəmir, manqan kimi kimyəvi çöküntülərin əmələ gətirdiyi çirk qatı bir il müddətində təhlükəli qalınlığa çatır. Əgər su anbarı bir (1) ildən bir müddətdə mexaniki təmizlənməzsə fiziki və kimyəvi çöküntü suyun tərkibinə təsir edərək suyu fiziki və kimyəvi çirkləndirəcək. Əgər su anbarı altı (6) aydan bir dezinfeksiya edilməzsə su anbarı müxtəlif xəstəliklər törədən bakteriya mənbəyinə çevriləcəkdir.

Qeyd: Ümumdünya Səhiyyə Təşkilatı keçirici xəstəliklərin 80%-nin kirli su vasitəsi ilə yayıldığını, bir çox xəstəliyin səbəbinin kirli su olduğunu və insan ölümü səbəblərinin içində kirli suyun ilk beşlikdə olduğunu hesabatında qeyd etmişdir.

Su anbarında toplanmış sudan içmək üçün istifadə etməsəniz belə digər məişət işlərində çirklənmiş sudan istifadə zamanı da təhlükəli və yayıcı xəstəliklərlə qarşılaşmaq riski yenədə qalmaqdadır.

Su anbarının təmizlənməsi və dezinfeksiyası.

İlk olaraq su anbarı tamamən boşaldılır. Boşaldılma işi su anbarının təxliyyə xətti, əgər yoxdursa (əsasən dalğıc) nasoslar vasitəsi ilə görülür. Daha sonra işçilərin geyimləri və digər fərdi mühafizə vasitələri yoxlanıldıqdan sonra işçilər su anbarının içinə düşərək müxtəlif alətlərlə yığılmış çöküntünü təmizləyirlər. Bu mexaniki təmizlənmə adlanır. Çırk təmizləndikdən sonra daxili səth təmiz su ilə yuyularaq mexanki yuma işi tamamlanır.

Qeyd: Su anbarının təmizlənməsi və dezinfeksiyası işlərində çalışan işçilərin sağlamlıq kartlarının olması qanunvericilik ilə təsdiq edilmişdir.

Mexaniki yuma işi bitdikdən sonra mövcud şəraitə uyğun olaraq həcmi dezinfeksiya və səthi dezinfeksiya üsulu olmaqla iki dezinfeksiya üsulundan biri seçilir. Texniki verilənlər nəzərə almaqla natrium hipoxlorid və ya kalsium hipoxlorid kimyəvi birləşməsindən istifadə etməklə epidomoloji və gigyena sahəsində fəaliyyət serfikatı almış həkimin nəzarəti ilə dezinfeksiya üsuluna uyğun olaraq dezinfeksiya məhlulu hazırlanır.

Qeyd: Su anbarları və su xətlərindən fərqli yerləridə dezinfeksiya edən zaman qeyd edilmiş kimyəvi birləşmədən istifadə edilir. Hazırlanan dezinfeksiya məhlulunun tərkibində isə qeyd edilmiş kimyəvi birləşmənin miqdarı fərqli ola bilər. Miqdar həkim nəzarəti altında və müvafiq təlimata əsasən müəyyən edilir.

Əgər həcmi dezinfeksiya üsulu seçilərsə su anbarı su ilə doldurulur və məhlul xüsusi qurğu ilə suyun içinə tökülür. Əgər səthi dezinfeksiya üsulu seçilərsə hazırlanmış məhlul xüsusi qurğular vasitəsi ilə su anbarının daxili səthinin sahəsinə püskürdülür. Dezinfeksiya məhlulunun daxili səthlə təmas müddəti dezinfeksiya məhlulunun tərkibndən asılı olaraq 2 saat ilə 6 saat arasında dəyişməkdədir.

Qeyd: Dezinfeksiya işləri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən lisenziyalaşdırılmış fəaliyyət növünə aiddir.

Görülən işlərin sənədləşdirilməsi və dezinfeksiya işlərinin nəticəsinin təsdiq edilməsi.

Su anbarının mexaniki təmizlənməsi və dezinfeksiya edilməsi işləri yekunlaşdıqdan sonra sifarişçi ilə icraçı arasında işlərin görülərək yekunlaşmasının təsdiq edilməsi haqqında akt tərtib edilir. Akta su anbarının həcmi və digər texniki məlumatlar daxil edilir. Daha sonra su anbarı su ilə doldurulur və həmin sudan analiz üçün nümunələr götürülür. Götürülən analiz nümunələri Azərbaycan Respublikası qanunvericiliyi ilə fəaliyyətinə icazə verilmiş laboratoriyada (Əsasən Azərsu ASC Mərkəzi laboratoriyasına və Səhiyyə Nazirliyinin laboratoriyasına müraciət edilir) analiz edilir və müvafiq cavab-rəyi alınır.

Qeyd: Nümunələr əsasən 4 parametr üzrə-bulannıqlıq, qalıq xlor miqdarı, E-Coli və Coliform parametrləri üzrə analiz edilir

Əgər analiz cavabları müsbət olarsa su anbarı yenidən istifadə edilə bilər. Əgər mənfi olarsa yenidən təmizlənmə və dezinfeksiya işləri görülür.

Sifariş üçün əlaqə

Epidemioloji xidmətlər-su anbarlarının təmizlənməsi və dezinfeksiya xidməti.
Çirkli anbar.
Epidemioloji xidmətlər-su anbarlarının təmizlənməsi və dezinfeksiya xidməti.
Təmizləmə və dezinfeksiya.
Paylaş: Facebook
Arama
Bölmələr
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?